BadClause Music - Mənsiz Qocalma mahnı sözləri (lyrics)
[BadClause Music - Mənsiz Qocalma mahnı sözləri lyrics]
Hәr darıxanda mәn otaqdan әssin
O mәndәn әlini üzüb, sevmir
Hәtta qucaqlar әlsiz
Baxanda gözlәrimә danışar utancaq, hәzin
Yastıq eyni olsun, ayrı evdә qocalma mәnsiz
Gəlib də açarsanmı üstümü? Qoy, yox olmayım
Soyuq gecədə yorğan əvəzi dərdə bürünsəm
Sən barədə sevgiyə möhtac gözlər tox olmayıb
Bunu yazaram ağlayaraq, sənsə gülümsə
Bir gün rəfdə görünsən
Yazılmayan kitablar arasında
Açıb oxuyaram hər səhifəni, özümü axtararaq
Sən bir şeirdə başqasıyla təsvirə dönsən
Mən yenə çox sevərəm
"darıxıb" deyə özümü aldadaraq
Yeddi aydır yoxsan üç gün
Ya da beş gün deyil
Dedim - "getmə, düzgün deyil"
"sən də məni çox üzdün" deyir
Yazıram, şeirimә daha çox
Həsrətdən üstün meyil
Sәnsiz ölmәk olar, amma yaşamaq mümkün deyil
De hansı döngәdә öldük biz
Hansı dost ayırdı?
De hansı küçәdәki xatirәlәrimiz yox sayıldı?
De hansı mәtndә sәni ucaltmadım
Nә vaxt başıma tac olmadın?
Hansı yuxunu axtarıb tapammadın ki
Gec ayıldın
Hansı bәndә cәnnәti sığdırar bircә qәlbә?
Hansı bәndә aşiq olmamışdın ilk sәfәrdә?
Sәhnәdә rәqs edir ümidlәr, hәyata bağlı pәrdә
Sәni unutmaram, unuda bilsәm dә, bilmәsәm dә
Adәt – qәm-qüssә mәndә
Üzüm gülmür axır vaxtlar
Axı sәn düzün bilirdin
Bәs de nә tәhər sәhv etdin?
Ruhunu bütöv elә başqasıyla, mәni yarım saxla
Bәlkә dә yol qarışdı
Hәmişәki kimi sәhvәn getdin
Dedim amma hәrçәnd qadınım
Sevirdi tәk qalmağımı
İncidir sonra uzaqlaşır
Çün görüb әsәbi halımı
Sözüylә yaralayar bilәrәkdәn
Amma kәsmәz qanımı
Sevgidә özün itirir, xәyanәtdә sәrhәd tanımır