BadClause Music - Nələr İtirdik? mahnı sözləri (lyrics)
[BadClause Music - Nələr İtirdik? mahnı sözləri lyrics]
Hansı kölgədə birdik, hansı bölgədə bizdik?
Hansı bölgədə sən və mən özgə?
Bəs bu şəhərdə hərşey açıq-aşkar bircə
Sevgimi gizli?
Ürəyinə gələn yoxdur deyəsən
yolu bağlamısanmı?
Şair yazmır gecə, otaqda lampası yanmır
Çox şey var düşündüyüm bircə cavab ver
Bəs sən gecələr musiqi dinləyib ağlamısanmı?
Mәn sәnә gәlәrәm yenә fәlәk
Önümdә hörsә divar
Tacir eşqi satarmı bәs yad
Ovucda görsә dinar?
Biz ikimiz eyni mahnılarda
Ölüb fәrqli şәhәrlәrdә
Yaşaya biliriksә, bu sevgi ölmәz, inan!
Dayanıb sakit, bir gecә yanımda qal ki
O gecәni ol mәnә sakin, bezәnә qәdәr ta ki
Vә bәzi musiqilәr sırf bizә
Görә yazılıb sanki
Mәndә olan yar sәnsәn, sәndә olan yar kim?
Vә lakin görürdün ki, yorulurdum hər addımda
Ən çox dəyər verdiyim sən idin həyatımda
Soruşurlar necə biriydi? Mələk - deyirəm
Inanmırlar əgər ki
Sevirdinsə bәs getmәyə nə haqqın var?
Xәtrinә dәysәm belә önümdә gözlәrini süzmә
Baxışıma seyr eylә durma vә
Zillә gözlәri gözümә
Yanaqlarına naxış çәkәr dodaqlarına
Kimi sürmә onla olan şәkillәrdә mәnlә
Güldüyün kimi gülmә!
Güldürmә, ayrılacaq yol qәsdәn
Mәn olum illәrin şairi, sәnsә ol bәstәm
Sәn eşqin mәlhәmi, mәndәn özgә yox xәstәn
Arada bir dә üzümә gül ki
Bilim mәnlә xoşbәxtsәn
Gecәnin yağış әtri saçlarına qatanda nәm
Sabahım xeyir olmur sәndәn ayrı yatanda mәn
Neçә gündür ki, yoxsan can
Darıxmışam әtrinçün
Görüşәk sabah hәmin yerdә
Axşam gün batanda gәl
Sevirdim axı saçlarının әtrini
Sәnin gedişini başqası gәtirmir
Sevgi sağollaşanda bitirmi?
Nәlәri qazandıq, nәlәr itirdik?
Sevirdim axı saçlarının әtrini
Sәnin gedişini başqası gәtirmir
Sevgi sağollaşanda bitirmi?
Nәlәri qazandıq, nәlәr itirdik?
Sәn qollara, qollar sәnә hәsrәt
Özgәsi gәrәksizdir, sәn özün bәssәn
Mәn nә qәdәr düz oluramsa
Sәn bir o qәdәr tәrssәn
Pozulur sakitçilik, otağa dolan sәslә
Öldürәrsәn cismәn mәni, qәsdәn sәn әsmә
Göz yaşın külәk kimidir inan
Üşüyürәm axı әsmә
Tapa bilәrsәn özünü orda, xәyallarımı gәzsәn
Tәlәsmә, uzaq olsan belә gecәlәr adımı sәslә
Sәn unutma, nə də unutdurma
Unutduğumu düşünmə
Xəyallarla yaşatma məni, dur
Çıx evdən özün gəl i̇ncitmə, bir də söz
Ver çıxmayacaqsan sözümdən
Qürurlu mesajlar da bağışlanacaq üzrlə
İndi çıxaram özümdən elә, sən süz de ki
Süzüm mən
Layiq olduğun qədəriylə yazardım hüznlə
Əgər gözündən düşsəm, süzülüb axaram üzündən
Rədd elə məni, istəsən gedim, amma ki
Sən üzülmə
O aşiq misralarıma, bәyәnir hәr әl işimi
Onu sevmək xasiyyәtim, sevməmәksә vәrdişdir
Tәlәsәn zaman ötürmüşdü sәrnişini
Onun gedişi belә gözәldir
Sanki getmәk üçün gәlmişdi
Gedib dә gәlsәn әgәr xoş gәl gәlmә vidayla
Gözlәrin sәma kimidir
Ulduz әvәzi dәrdi sayıram
Hamıya getmәk icazә olar, amma ki
Sәn getmә məndən hәr gün görüşәrdik
Indi yaralı qalıb hәftә aydan
Mәn sәnә sadiq hәyat, heyif ki, xain әcәl
Birgün özümü gözlәrindәn asıb intihar edәcәm
Gәl, ürәyini dağ elә, gәl
Mәndәn gülә-gülә getmişdin
Amma әfkar ilә gәl
Sәn dara düşәn zaman varlığım imdada gәlirsә
Biz heç vaxt ayrılmayaq ayrılsa da
Dalğa dәnizdәn
Unutmuşammış kimi hәr dәfә yada gәlirsәn
Mәn sәnin yazarınamsa
Sәn dә mәnim şahәsәrimsәn
Sevirdim axı saçlarının әtrini
Sәnin gedişini başqası gәtirmir
Sevgi sağollaşanda bitirmi?
Nәlәri qazandıq, nәlәr itirdik?
Sevirdim axı saçlarının әtrini
Sәnin gedişini başqası gәtirmir
Sevgi sağollaşanda bitirmi?
Nәlәri qazandıq, nәlәr itirdik?
Dinlə, can dostum, mənə yarıda qoydu yarım
Bu gün nəsə inciyib, küsüb danışmır piano
Vərəqə dolur adın məndən asılı olmayaraq
Ya dünya tərsə dönür
(ha) ya da ki, mən piyanam
Rumka dayanmır əlimdə düşür qeyri-ixtiyara
Dumanlı gözlərini də sevirəm deyə bəxtiyaram
Bayırda yağış yağsa, mən altında tək dayanam
Ya otaqda günəş çıxır
(ha) ya da ki, mən piyanam