BadClause Music, Alim Qasimov - Od mahnı sözləri (lyrics)

[BadClause Music, Alim Qasimov - Od mahnı sözləri lyrics]

Hisslər tanrıdır, xaliq olan mənəm
Ən gözəl dərdə layiq olan mənəm
Müharibəsiz tək qalib olan mənəm
Ən gözəl həyata ani qonaq gələn
Ölümdən betər aldığım hər nəfəs
Agah edir məni - dönüm bəlkə də
Bir neçə söz ilə könül fəth edən
Yalançının bitir ömrü qəflətən

Sönür pərdələr yandırır ocağımı
Günəşin naləsi şəfəq vaxtında
Unudasan hər kəsi gərək vaxtında
Fələk çarxında
Dövr edən aləmin əlacı yoxdur ki
Hakim ola nəfsə cənnət bağında
Hər yan dağ onda bir ağac budağından
Qopdu meyvə yarandı od onda
Qanadı qolundan ayrı düşən bir kəs var idi
Qaçan insan donunda
Gözdən itdi qürub edəndə günəş
Və yer-göy peşman oldu bir əməldən


Nur camalından vəhşilik axırdı
Çirkab ruhuna övladi adəm
Havaya qarışan su damcısı oda həsrət
Bədən isə torpaqdan ibarət

Milyon ilə xas düşüncələrə məhkum
Ağlımı bir neçə fikir qarışdırır
Doğru cavabı tapmaq yerinə
Sualı düzgün verə bilməkdir çalışdığım
İyirmi bir il öncə cismim gəlibsə
Ruhum hardaydı indiyə kimi?
Kim olduğumu kimsələrdən soruşmaq istədim
Özgə cildinə girib

Sağ qalanlardan adımı soruşdum
Dedilər ölülər daha yaxşı bilər
Ölülərə soranda cavab gəldi ki
Sağ qalanlar elə sən kimilərdilər
Minlərlə insan
Onlarla dini inancın arasından bir dahi
Onun ölümü hər kitabda yazılır
Amma öldürənin ömrü şifahi
"Qiyabi olan əfsanələr idi"
Seyrinə çıxdığım ellərin eybini
Qeyd edəndə gileyini nə biləydim?
Leyl ilə geydirdiyi meyidi qeyb edən
İnsanın gərək ürəyini görəydim
Yenə deyinəydim, gərək
Ürək-dirək verib öyünəydim ki
Mən həyatın o yolunu keçmişəm çoxdan
Ona görə yerə vurma kürəyini

Məni bir də can verəndə görəydin
Ürəyim köləydi körpətək əllərində
Mən can tapardım ömrün qəfəsində
Və çırpınardım hər dəfəsində
Hər nəfəsimdə sənə and verən kəsəm
Otağında dolanan ən qəliz səsəm
Səni çox sevəcəm! Söz verirəm!
Əgər sirrimizi tanrı bilməsə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio