BadClause Music - Pərdə Arxası mahnı sözləri (lyrics)

[BadClause Music - Pərdə Arxası mahnı sözləri lyrics]

Sənin baxışların səma, gözlərinsə ay-günəşim
Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
Tək qalmışam (tək-tənha) zülmət hər tərəfim
Soyuq gecə,  soyuqdur necə
Mən ötüb keçər deyə düşünürəm hələ

Necə ki ötüb keçib istəmədən
Itirdiyimiz hər şey
Necə yaddan çıxıb, o doğmalıqlar
Gör necə yadlaşmışıq
Artıq göz-gözə gəlsək də, dodaqlar dinmir
Ruhlar tanışdır çoxdan
 ürək isə tanıya bilmir
İnsanı dəyişən elə məncə tənhalıqlar olur
Çünki özün öz səhvlərinlə
Məcbur olaraq üzləşirsən
Həyatsa elə bir tələdir ki, ora həm düşmək
Həm çıxmaq olur
Əgər ki, elədiyin düşündüyünlə düz gəlirsə

Nə qədər göz yumacağıq olanlara?


Nə qədər yalandan "yaxşıyıq"
Deyəcəyik hal soranlara
Hara qədər saxta təbəssümlə
Günlər ötəcək ömürdən?
Kimləri alacaq yaradan
Kimi döndərəcək ölümdən?

Hər şey təsadüfdür
Bəlkə də səhv qərar düzdür
Nə vaxtsa ölür sevgi, amma ki
Nifrət ölümsüzdür
Yaşamaq könülsüzdür, həyata gözün toxdursa
Çox pul da mənasızdır
Qoyacağın boş cibin yoxdursa

Baxışların səma, gözlərinsə ay-günəşim
Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
Tək qalmışam (tək-tənha) zülmət hər tərəfim
Soyuq gecə, soyuqdur necə
Mən ötüb keçər deyə düşünürəm hələ

Hər kəs doğrudursa əgər günahkardır kim?
Hər şeyi rədd eləyib çıxıb
Getmək necə asandır ki?
Nədənsə yüz haqsızlıq görürük bir
Az haqq edib adətən dəlilər böyük düşünür
Ağıllı axmaq kimi
Nə dost, nə tanış, nə də ki
Doğma birisi çatır köməyinə
Qalırsan sarayda möhtac
Kasıbın yavan çörəyinə
Fikirlərin anlaşılmazdır və əl çatmır ürəyinə
Saxtadır həqiqətlər
Düşürük onun-bunun kələyinə

Bizi xilas edən yoxdur, dustaq olmuşuq daha
Bizə mərhəmət göstərən yox
Həyat çəkir çarmıxa
Pambığı yığıb sandığa, gizlətdik həqiqətləri
Hər şey darmadağındır, artıq yox səliqəm qəti

Göylər yerin güzgüsü, əslində yoxdur səma
Tanrı gözlərini yumur və qaranlıq çökür tamam
Zaman çəkir sınağa
(vurur, yıxır) qəddarcasına
Gülə bilmirsən ürəkdən, dərdin dönür dağa
(çünki, sənin)

Baxışların səma, gözlərinsə ay-günəşim
Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
Tək qalmışam (tək-tənha) zülmət hər tərəfim
Soyuq gecə, soyuqdur necə
Mən ötüb keçər deyə düşünürəm hələ

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio