BadClause Music - Qəfəs mahnı sözləri (lyrics)
[BadClause Music - Qəfəs mahnı sözləri lyrics]
Bir neçә uğur bәs eləyәr ki
Inana bilim dinlәrә
Bir neçә damcı bәsdir başa düşüm ki
Suya necә hәsrәtәm
Bәsdir bircə göyәrçin hansı ki, ölüb qәfәsdә
Azadlığı sevmәk üçün, hәm dә olmadan gücün
Bәzәn yaşamağa ehtiyac qalmır ölmәk üçün
Bәzәn gözlәrin bәs elәmir yolu görmәk üçün
Bәzәn bәs elәmir ayaqların geriyә dönmәk üçün
Nәlәrdәn keçdik, nәlәr itirdik gör nә üçün
Dostların da taqәti qalmayıb
Çörәyi bölmәk üçün bәzәn bir öpüş belә bәs
Elәmir heç şahzadәlәrә
Bәzәn yozuram yaşanılmışları әfsanәlәrә
Məncə ovuclar bәs elәmir çatmaqçün Allaha
Deyәsәn birinci ölәn hisslәr olur
Ümid sağ qalan nә var, nә dövlәt olmadan
Sevmәk könlü yormadan
Hәyatın dadın çıxarmaq
Həm də heç xoş gün olmadan
Bildiyim bütün sözlәri yığmaq bir cümlәyә
Bütün ulduzları saymaq, gün çıxmadan öncә
Yaşanılan hәr bir anım tarix oldu bir dilәklә
Bildiyim bütün duaları oxumaq ölmәdәn öncә
Bir neçә addıma sığınıb keçә bilmәk dәnizlәri
Toxuna bilmir daha ruhuma onun incə əlləri
Yanağıma düşən damcılar
Günahlarımı təmizləmir
Çәtinlәşdirir hәyatı - onu
Yaxından görmәk istәyi
Gizləmək bütün yalanları həqiqətlər şəhərində
Öz içində tanrı tapa bilmək təriqət qəfəsində
Ürәkdә sәs-küy dolu pıçıltılar, gözlәr yorğun
Ölümün gәlişini izlәmәk hәyat pәncәrәsindәn
Dedilәr: meyvә, ağac
Hurilәrdәn ibarәtdir cәnnәt
Kimisә yerli-dibli unutmaq özü
Cinayәtdir bәzәn
Möcüzәlәr göstәrirdi tanrı, yağış külәklә
Lazım deyil yenidәn sevә
Bilmәk kifayәtdir mәncә