BadClause Music, Tarlanthis - Qürur mahnı sözləri (lyrics)
[BadClause Music, Tarlanthis - Qürur mahnı sözləri lyrics]
Görəsən qaldırarmı səni indi yenidən göylərə?
Sus, çək əllərimi üstündən sən, tez get ki
Gələndə qürurunu tək mənmi atacam yerlərə?
Sənin yerini verən yoxdur burda
Nə də ki, kimsə tutmur əllərimi
Yağış da əvvəlkitək islatmır məni
Tərkedişlərin, gedib də geriyə gəlməyin
Yordu vərəqlərimi, daha yaza bilmir bu səfil
Gələn-gedən bizi soruşur hər dəfə
Mən bir cavab tapa bilmirəm
Necə izah edə bilərəm ki
Yaşatdığın yalnızlığı? Hisslər tərk etdi
Onlara bir təhər çata bildim
Hər ayrılıq incidir qəlbi
Görüb inamın sarsıldığın
Yalanlar idi bizi birləşdirən yeganə səbəb
Bəlkə eşq həqiqətən gözümə pərdə asmışdı
Həsrətim öldürdü ruhu, yanaşdın biganə mənə
Sənlə dolan gözlərimdən üzümə qəm bulaşmışdı
Günlər ayırır bizi bizdən
Bağışlasam belə, geriyə dönə bilmərəm yenidən
Gələ bilmərəm yanına yenidən
Sevə bilmərəm ki, səni mən
Nədir səbəbi ayrılıqların?
Bu qədər uzaqlaşdırır bizi
Nədir səbəbi qürurumun?
Hansı bəhanədir ki, soyudur əllərimizi?
Köhnə şeirlərin xatiri qalıb ağlımda
Unutdurmur səni
Bəlkə bu mahnı yanaqların isladır
Yorğun səsim ağrıdır qəlbini
Hərdən düşünürəm ki, mənə dönsən
Necə siləcəm olub keçənləri
Qış günündə günəşə həsrətəm
Yaşada bilmirəm solan bu gülləri
Qəm keçir, birtəhər keçir
İndi hər seçim yanlış tərəfdədir
İllər keçir, kimsələr gedir
Dəyəri qalmır daha geri gələnlərin
Bu hisslər sənçün heç bir şey ifadə etmir
Və dəyəri qalmayıb artıq keçən
O gözəl günlərin
Şeirlər bəs eləmir, bir piyalə yetmir
Təsvir etmək üçün baxışların, üz cizgilərin
Dodaqların dodaqlarımdan nə qədər
Uzaqda qalıbdır ki
Hiss edə bilmirsən sən ona toxunan göz yaşını
Dərdimə dərman o yardır, könülə od salan
Onsuz qeyd edəcəm deyəsən bu
Il ayrılığın dörd yaşını
Göz yaşarır, baxanda torpaqda ayaq izlərinə
Elə bil, onun gedişi məni bu torpağa basdırdı
Gölməçə oldu gözlərim, daşdı son sətirlərimə
İlham pərilərim ağladı
Mənə bu mahnını yazdırdı
Səhərdən gözləyirəm mən səni qəhərlə
Neçə payız keçib sənsiz bu şəhərdə?
Sevgin saxtalaşdı və
Məhkum elədi səni cümlələrimə
Səni bir asiman eşqinə göylərə uçuran sevgi
Görəsən qaldırarmı səni indi yenidən göylərə?
Sus, çək əllərimi üstündən sən, tez get ki
Gələndə qürurunu tək mənmi atacam yerlərə?