BadClause Music - Qüssə mahnı sözləri (lyrics)

[BadClause Music - Qüssə mahnı sözləri lyrics]

İndi çox uzaqdayıq, düşünürəm ki
Səbəb mənmi? Mən ki, heç incitmədim
De axı nə idi sənin dərdin?
Olaydı köhnə vaxtlar - hər gün görüş
Eyni məkanda danışıram uşaqlarla,  amma ki
Səndən xəbər gəlmir

Bəlkə də istəmsizcə öldürdüm içimdə eşqi
Mən piyan olanda sənə deyirdilər ki
"içib səninki"
Həyatıma gəlirsən bircə ay sonra
Itirsən iki il
O qәdәr qəlb qırmaların sonunda
Olur səbr - kin
Və bəzən əsəbi yazıram, sonra alıram könlün
Yazaram dayanmadan hәr nә qәdәr ki
Şam sönmür i̇nan ki
Başqa birisi sәni bu qәdәr gözәl yaza bilmәz
Sən mənə "can" belə demədiyində
Mən yazıram "ömrüm"



Mәn sәni sevәnә qәdәr vallah ölümә inanmırdım
O qәdәr ağırdır ki, ruh bәdәndә dayanmırdı
Sonra yalanla inam sındı, guya ki
Xoşbәxt idik
Dәrin yuxudaydın, çağırsam da oyanmırdın

Mәn sәndәn getdim
Yoxsa sәnmi "gәl" demisәn yar?
Otaqda hara baxsam gözüm dolur
Dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni
Yoxsa bәdәnmi müqәvva?
Sәnsiz ürәk durur, göz qapanır
Can verir әndam

Mәn sәndәn getdim
Yoxsa sәnmi "gәl" demisәn yar?
Otaqda hara baxsam gözüm dolur
Dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni
Yoxsa bәdәnmi müqәvva?
Sәnsiz ürәk durur, göz qapanır
Can verir әndam

Cәnnәt bizi qollarında qovuşdurmasa
Sırf mәni görmәk üçün cәhәnnәmә gәlәrsәnmi?
Әgәr ki
Ölsәm mәn sonra yenidәn dünyaya gәlsәm
Vә onda şair olmasam necә? Yenә sevәrsәnmi?
Nәyә görә yaş axır axı gözündәn
Hüzn camalından gecәlәri sevәn adamın әskik
Olur gün sәmasından
Eşqimi öldürmüşdün, qәlbimә güllәr atırlar
Yenә sәni şeir edәrәm
Tamamlanar cümlәm adınla

De görüm sәn nә
Vaxtsa ölmüsәnmi mahnılarımda?
Dәrdinә dәrman olardım, qurtulub ağrılarımdan
Görәsәn, kimlәr alıb apardı cananı canımdan?
Nәdәnsә sәni әvәz etmәk istәyir ayrı qadınlar

Adicә mәsafә belә ayırır bizi, yox soraqların
Yarımın eşqi dönüb vecsizliyә, yazsam ağlamır
Etiraf eləyirәm ki, bәdәn yerdә
Can sәmadadır
Vә necә sevdiyimi gözlәrinә dә baxsam anlamır

Mәn sәndәn getdim
Yoxsa sәnmi "gәl" demisәn yar?
Otaqda hara baxsam gözüm dolur
Dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni
Yoxsa bәdәnmi müqәvva?
Sәnsiz ürәk durur, göz qapanır
Can verir әndam

Mәn sәndәn getdim
Yoxsa sәnmi "gәl" demisәn yar?
Otaqda hara baxsam gözüm dolur
Dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni
Yoxsa bәdәnmi müqәvva?
Sәnsiz ürәk durur, göz qapanır
Can verir әndam

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio