BadClause Music - Rəf mahnı sözləri (lyrics)
[BadClause Music - Rəf mahnı sözləri lyrics]
Hәlә dә peşmanam ki, kaş düşünüb daşınsaydım
İlk dәfә aşiq olanda yolun әn başındaydım
Uşaqlığımı axtaranda artıq 20 yaşımdaydım
Gecikmişdim çıxırdı daşdan hәr işim
Baş verәn hәr yeni tәrkediş ağlıma qәrq olub
Itir zamanlar, nöqsanlar dәyişir
insanlar dәyişir gәlәndә xoş qonaq gәlir
Gedәndә dәrd olur gedir
Neçə-neçə həyat oxudum
Neçə səhifəni əzbərlədim
İçimdə ahu nalə qopur, fikri uzaq aparmayın
Var olan hər doğmama əsər yazıb
Qibtə eylədim
Bax indi, həmin rəfdə kitab qalmayıb
Neyləsin getməsin indi, gözümün nuru, ilahi?
Nə qədər göz yola baxsın?
Qalıb intizar içində
Elə üzmüş ahu-zarım, məni ruzigar içində
Ki, görən bu ahu-zarı qalır ahu-zar içində
Axı mən cahana misafir
Hicran ölüm ilə yeksan
Gülümsə bir mənə xatir
Nazlı-qəmzəli o dilbər olub şeirimə şamil
Artıq iki ildir ki, gülmür o şair
Camalı dərdə bürünmüş afətin gözləri nəmli
Gözümə baxan gözünlə necə süzdün özgələrini?
Xətrimi pərişan görüb dar
Günün seyrinə gəldin
Səni şərh edən əllər qürbətdədir
Şeiri vətəndir
Eyib eləsəydin, puç olardı taxt və tacın
Bəlkə də zəhər qoxan ruhuma dua
Şərbət əlacım şairin qırılsın əlləri
Ya şeir dəftəri yansın
Ki, yazsa birdə nakam eşqə namə, aləm utansın
Yenә hәminki gün olsaydı, güzәran olsaydı
Ağarza kimi qardaş
Şeir gözlü gözəl yar olsaydı
Eşqi qəlbə xəta, qardaşa canı fəda
Olmazdı həminki əda
Yarın saçını hörən mən olsaydım