BadClause Music - Şərhsiz (Explicit) mahnı sözləri (lyrics)

[BadClause Music - Şərhsiz Explicit mahnı sözləri lyrics]

Gözümdə işıq gedirdi bir yana gedirdi
Bir yana divar
Dedim ki, "başım uçur gedir" elə bildi ki
 qanadı var nə qədər boş vərəq varsa
Deməli bir o qədər də qələm var
Mən reper olmaq istədim
"şair" deyib tanıdılar

Hörmətim özümə görədir, demədilər ki
Çağır dayını yaşayış yeri: Xırdalan
Məktəbim də filan saylı
Keçmiş olan yaxınlar, xəyallarda yanımdaydı
Yuxudan oyanmaq ayrı şey, ayılmaq tamam ayrı
Mən bir dəfə qələm qoysam
Dinləyiciyə dastan gəlir
Birinci şərt əziyət, sonrasında ad-san gəlir
Mənçün elə bir babat alliance
Olmayıbdır HOST dan bəri
Düşmənim qalıb qırağda
Cındırlıq dostdan gəlir



Vaxt varı idı şair idim, elə indi də şairəm
Yazdığım tək mövzu lirika və də ki
Lirika sairə
Biz tərəfdə sevgi gəmisi yanaşmazdı sahilə
Yenə köhnə sevgililərim hələ də elə bilir ki
Xainəm

Abırsızam zahirən, içdə fərqli biri deyiləm
Düşmənim ölməyimi istəyər axı
Məni diri neylər?
Sən də susma, arada bir də dinib eylə
Mən indi BadClause-am
Sən öl köhnə Miri deyləm

Həyatım adlanan roman, toz basıb indi rəfdə
Bil, əvvəla gözüm dolar, sonra dolardı dəftər
Boş vaxtım olmurdu ki, görüşə
Bilək hər həftə, bax
Haqqsız olan tərəf sənsən
Ona görə səhv tərəf mən

Yazıram bir tərəfdən, cırıb atırdım ard-arda
Hopubdur deyə iy buraxır
Tütün köhnə paltardan bu adam düzünü yazsa
Səhvdir deyərək unudarlar
Danışmayım deyə dodağımı dilimə
Bağla qandalla

Elə bil, elə bir hambal var
Hər pis işi də yoluna gətirə
Yaxınlarım yağışa dönsə
Zibili də bulana çətirə
Çalış öncə asanı bacar
Prinsipinə getmə çətinə
Dərd nə qədər böyük olsa
Yerləşdirim onu bir sətirə
Doğma olan kəs doğmadır
Doğmadır hər hərfə bil
Dostum, mənə ağrı vermə
Çalış pay elə məlhəmi
Mənlə birgə kitab açma
Sildim ən yaxınımı çünki
Səhvimi əzbərləyəndə tez çevirdi səhifəni

Döyünür içdə, tərpənir, deməli
Yaşıyır kiminçünsə
Mən əslində darıxdırıcı, maraqlı kiminçünsə
Özlüyündə düşün bir az, nə üçün
Ya da kiminçünsən? Bu mahnı ya həyatdır
Ya da mp3-dür kiminçünsə

Hər şeyin bir əvəzi var
Çalış xeyri şərə qatma su axar, axarı tapar
Yeritmə onu saman altdan
Nömrə 1 olmaqçün sən elə hərəkəti tələbatla
Qanun budur - "Sözün düzünü
Soxurlar elə zarafatla!"

İstedad batır altda, ümid çırağı hələ sönmür
Bu dəfə mən piyanam, dünya tərsinə dönmür
Fatihəyə də gərək yoxdur
Baş daşıma da yazarsınız ki
Bu qəbir həmişə boşdur
Dahilər heç vaxt ölmür

Yaxşılıqlar əzbərimdə, saxlamışam eybi həm də
Haqqın əgər tapdaq altda, sən də ver işgəncə
Burda elə vəziyyət var
Gözdən düşə xeyli bəndə
Cındırlığa cındırlıq - "padlo" deyil məncə

Arada xeyir itəndə olar, o kəsi pislə sən
Böyüklərin sənə günəşdir
Kiçiyin üstə kölgəsən
Paxıllıqdan adına yalan yaxanları
Da dərd eləmə
Çünki, həmin alçaqlardan bir addım öndəsən
Dost, mən ayrı bölgəyəm
Heç biriniz girişməyin
Dinləyicin yaltaqdırsa
Fəxr eləmək bir iş deyil
Fame-ə can atan əqidələr dəyişsə belə
Qardaşlığı qırağa atıb sənət
Uğruna didişməyin

Dedilər, yaz, şair, yazdım ona görə dastan
Sən indi yanımdasan
Bəs hara kimi qalacaqsan?
Mən piyanam, dost, qınama
Həyatına bir qız girəcək
Qardaş süfrəsində sağlığına
"rumka" vuracaqsan

Sonuna az qalıbdır dinlə, səbr elə bir az da
Dəyər verənlə maraqlan
Boş gedər ipi buraxsan
Rəqabətdə - bəxtimlə mən
Amma arada bir şərt var
Hər nə olsa da olsun, o vursa sən susacaqsan

Bir-iki adam var ki, üzünə söyərəm
Çıxsa rasta
Başa salanda kiçiklərini sən ərk eylə
Vur asta
Bu bölgədə biz biriksə təməldir Mc bus dan
"Xaraba" da bir yumruq idi
Qalmadı köhnə "sostav"

"Kruqovoy" gedək "ostav"
Bir tüstülük həmdəm ol
Həycanlandım düzdür, alboma çəkəndə qol
Bu gün heç nəyə gec olmasın deyə çalış ki
Tələs dünən səndən özgə qalan yoxdur
Bağlıdır mənə tərəf yol

Yalanla alçaltma özünü
Ol doğrunu tələb güdən
Gözümə bax və inan mənə
Gərək varmı tərəddüdə?
Atam mənlə fəxr eləyir, xəttdədir Əhmədov!
5 iyul 1997 təvəllüdəm

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio