BadClause Music - Çərçivə mahnı sözləri (lyrics)
[BadClause Music - Çərçivə mahnı sözləri lyrics]
Yazaram sәnә gәlincә mәn
Ağ-qara cümlәlәrimә rәng olurdun
Özün bilmәdәn qırarıq tilsimlәri bir
Gün xoşbәxt olarıq ölmәdәn
Әl-әlә gәzәrik arzularda
Birgә qaçarıq ölkәdәn
Saçına әsәn külәk qurutmuşdu yarpaqları
Gәtirib yad әtirlәr dolduracaq bu otaqları
Nә vaxtsa itirәcәksәn
Hәr şeyini vә geri dönәcәksәn
Görәcәksәn mәndәn geri bir ovuc torpaq qalıb
Tәslim oldum özümә, әsrlәrlә oturub ağladım
Keçən il darıxdığımı yazardım mən
Ona bu vaxtları yuxumda mәlәk gördüm
Üzünә baxmadan qucaqladım
Vә o mәlәk aldı mәnimi mәndәn
Әlimi qolumu bağladı
Adını belә bilmәdiyim hisslәrlә gözüm yumuldu
Ölüm çox aciz görünürdü, amma ömürsә durğun
Tanımadığım barmaqlar cızırdı kömürlə qolumu
Bir neçə cümlә sonra qalxıb
Özüm öz önümdә durdum
Baxdım köhnə rəfdə sənə yazılan kitablarıma
Köhnə səhifələrdə itən cavab, suallarıma
Şərfini öpdüm yenə, ətrin hopdu dodaqlarıma
Hər nə olsa da, yola gedə bilmirəm uzaqlarla
Əlimdə tər qızılgül, əynimdə sən alan köynək
Yanımda gülərdi üzün
O vaxt hələ məndədir könlün
Gözlərimdən anlayıram ki
Nədir böyümədən ölmək heyif ki
Bu gözəl mənzərəni şüşə və çərçivə örtüb
Xəyallarımızdakı uşağı yadın bətninə gömdün
Sənə görə yaşayırdı bədən
Axı nə həddinə öldü?
Gözümün önünә çıxan son tәsadüf oldu ömürlük
O yolda səni onunla
Görməsəydim evimə dönürdüm
Birdən dayandı ayaqlarım, sanki dayandı əqrəb
Sonrasını xatırlamıram şeytana lənət
Ertəsi səhər küt baş ağrısı
Məni oyatdı qəflət gördüm qırılıb o çərçivə
Düşüb hər kitab rəfdən
Mətbəxtə doğru getdim
Ora da yerlə-yeksan idi
Yerdә sınıq şüşә var idi
Boş idi dәrman qutusu
Düşündüyüm tәk şey idi -
Evdә özgә birinin olmağı
Bu düşüncәlәr qarışdırır baxışlarını qorxağın
Dәrk edә bilmәdim, qalıb sükut qәfәsindә
Müəmmalar içində dəli şeytan dedi
- otağına keç
Gələndə gördüm özümü çarpayının sol tərəfində
Sən demə dörd gün öncə yatıb
Sonra oyanmamışam heç