BadClause Music - Sakitləşdirici mahnı sözləri (lyrics)

[BadClause Music - Sakitləşdirici mahnı sözləri lyrics]

Ayrı şәhәr, ayrı küçә, ayrı insanlar üz vuran
Sәni mәndәn ayırır yollar, ayırır magistral
Bakıda qalan xatirәlәr zibildi
 amma tәmiz bura
Ayrılmaq çox sadәdir sәninçün eşq qәliz guya

Demişdin ki, nә qәdәr ayıran olsa da
Belә bir olacağıq biz
Düşündüm, getməyәcəksən
Bir yola iz olacağıq biz
Nә günümüzә yaxşıyıq? Bәs nә
Günümüzә pis olacağıq biz?
İncit'sәk bir-birimizi
Bәs onda nә olacağıq biz?
Mәn sәnә tәk qurban, verәrәm sәnә görә canımı
Sәni yazan әllәrimsә zühurunda kölә sanılır
Görәndә xoşbәxt hәyatı dәymәmişdi
Gözә qadınım mәn yazıram özüm üçün elә
Sәni yazanda gözәl alınır

Bir müddәt danışmadıq, nә mәn yazdım


Nә sәn yazdın
Mәn sәni әdәbilәşdirib xәtrinә qәzәl yazdım
Sәn onsuz da gözәlsәn, makyajsız bәzәn yazdım
Deyәndә ki, "sevdiyini tәsvir elә"
Mәn "әcәl" yazdım

Sәn mәnә Milena olmadın ki
Hәlә bir Kafka-n olum mәn
Şeirim şәraba dönsә, 5-10 badә
Canla olur tәn
Çayı sәnsiz içmәksә qiyamәtdir
Qanla dolur dәm
Payızımı keçmişәm tәk, bax daha yanvar olub
Gәl

Söz soruşanda düzün de, mәnә yalan uydurma
Daş üstә qalmadı daş
Zibil hәyatım qala-qurma
Dedin ki, "Yaraşmırıq heç
Mәnә o qәdәr yaxın durma
Sevirsәnsә sev uzaqdan, bir dә ki
Әlini saçıma vurma"

Üzü heç vaxt gülә bilmәz әgәr o yar mәnsizsә
Evlәnsәn başqasıyla sәn düşәcәk qan mәclisdә
İslansın göz qapağın, oxu qәmxanәni zildәn
İçirәm tanış kafedә, ayılıram
Amma yad mәnzildә

Düşün ki
Önündә bircә yol var onu bir gedәkmi?
O qәdәr gözәldir ki, gözün
Gözümә eybi dәymir
İl dönümümüz olsun ölәnә qәdәr
Onu qeyd edәkmi?
Varlığınsa xatirәlәr kimi - gözәl
Amma xeyri dәymir

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio