BadClause Music - Sübh mahnı sözləri (lyrics)

[BadClause Music - Sübh mahnı sözləri lyrics]

O vaxt bir dənə gül almışdım sənə
Hələ də solmur bir şeyə inandım ki
Mәn - sevmәk zәhmәt olmur
Mən səni o qәdәr ucaltdım ki
Ruhu varlı saydın
Səndə sevgi qalıcı hiss deyil
Onunla sərvət olmur

Hәr nә desәn dә olmur
 geriyә dönüb baxıram hәrdәn
Bizdәn nә sәn qalıb, nә dә mәn
Yox әlamәt әsәrdәn nәyimi bәyәnmәdin ki
Bәs? De nәdәn mәmnun olmadın?
Hәr zәrrәni yazar qәlәm, düşmәz әldәn
Biz ayrı dünyalarda, bir sәmada sevdik günәşi
Biz ayrı mәhәbbәtlәri qısqandıq vә dedik ki
Әşi
Mәşuq qәlbini satdı, aşiq dә qaldı qolsuz
Yaraları sağaltmasan da olar
Biz yandıq onsuz



Mәn "sağlıq olsun" – dedim
Hәr ayrılıqdan sonra
Gәlәcәyim ola bilmәzsәn, keçmiş sәni aldadar
Yazmaq mәnasızdır, sәn dinlәmәyәndәn sonra
Bәlkә dә sәnin ürәyinә
Gәlmәmәliydim yer olmadan

Ümid hissi içdə məhkum olub zirzəmidə
Səni unutmaq üçün çox səbəb var, amma ki
Gizlədirəm
Mən səni qazana bilmədim şeirlə, sözlər ilə
O səni cənnət adıyla aldadıb
Aparardı öz evinə

Bizi yazmasam, göz yaşımız daşar
Әlini tutmasam, әl ayaq dolaşar
Önümә çıxmasa, tanrı bir yol açar
Bilmirәm ki, biz qovuşarıq haçan

Bizi yazmasam, göz yaşımız daşar
Әlini tutmasam, әl ayaq dolaşar
Önümә çıxmasa, tanrı bir yol açar
Bilmirәm ki, biz qovuşarıq haçan

Üzr istәyirәm hisslәrin yalan
Sәnin sözlәrin yalan, ümidlәrin yalan
Şeir bir yana, gözlərin bir yana
Sәn ağlayarsan, mәnim ürәyim yanar

Köhnә şәkillәrimizә bax, arada düşün mәni
Sәniz tәnha şәhәr, gәlir üstümә yolda işıqlar
Mәn gülәrüz danışıqlardan gedişini düşünmәdim
Dedin ki - "Sәnә bahar olaram, amma ki
Qorx payız-qışımdan"

Utanma, başqasıyla şәkillәrdә gülümsә mәnsiz
Hәr şeyin bir çarәsi var, sәnsәn әvәzsiz
Düşünmә, eybi yoxdur, amma mәni unutmaq üçün
Yadına saldığın hәr bir kәsin
Xәtri lәnәtә gәlsin

Önümdә var idi sәrhәdlәr
Hәmişә mәn dәf etdim
Mәni qәsdәn unutdun, ya onu tәsadüfәn sevdin?
Sonunda düşdük әldәn ayaqdan, eşq әldәn getdi
Vә bir gün özünә gәldin
Elә o gün dә mәndәn getdin

Bizi yazmasam, göz yaşımız daşar
Әlini tutmasam, әl ayaq dolaşar
Önümә çıxmasa, tanrı bir yol açar
Bilmirәm ki, biz qovuşarıq haçan
Bizi yazmasam, göz yaşımız daşar
Әlini tutmasam, әl ayaq dolaşar
Önümә çıxmasa, tanrı bir yol açar
Bilmirәm ki, biz qovuşarıq haçan

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio