BadClause Music - Sevdim Səni mahnı sözləri (lyrics)
[BadClause Music - Sevdim Səni mahnı sözləri lyrics]
Limanda yorğun ayaqlar gözlədi, gəlmədi gəmi
Sevmədi məni, nə də saymadı təqvimləri
Xətrinə şeir yazıb, vərəqə düzdüm hər cümləni
Hər cümə səni görməkçün bir neçə
Söz bəs eləyirdi çoxdan küsüb o məndən
Amma gözləri yenə nəsə deyirdi
Lal olan ayaqlar gedirdi
Kar olan hisslərin ardınca
Gündən-günə keçir ömür
Hər səhər sənsiz oyandıqca
Günəş nurunu üzümə vurub gizlənirdi hardasa
Yağış təbiəti necə unudar torpaq
Hələ də yaşdırsa?
Yol daşdırsa, sənə gələ bilməsəm əgər
Ara bir yada sal sənə 20 mahnı, 4 kitab
Bir ömür yazdım hardasa!
Gəl, hardasan?! Həmin yerdəsənmi hələ də?
Tozlanıbmı pəncərələr
Varmı yanında bir kimsə?
İtirdim kimisə bilirsən necə tək qaldım?!
Yeganə doğmamsan ki, illərdir yad kimisən
Ayrılığımıza şahid olan hər bir küçənin
Tozunda, torpağında ətrin qalıb
Ilk günkü kimi təki sən gül deyə mən neçə
Gülü qırdım az yaşında
Təxmini üç ildir qalıb
Ayrı saçların balışımdan
Sevməsən də sevərəm geri gəlməsən gözlərəm
Dedin geriyә dönmәrәm ovuclarına
Mənim əllərimdə sənə gül
Sənin əllərində bir ömür
Göz yaşlarım da süzülür yollarına
Bilmirsən sən təxmini üç ildir qalıb
Ayrı saçların balışımdan
Sən bilən əvvəlki kimi gözəl qoxmur saçım
Saqqalım
Kölgən gözümə qaranlıq dəyirdi şər qarışanda
Qalanlar ölümə məhbus olur
Gedənlərsə sağ qalır
Dolaşır əlimə saçları qəhvəyi gözlərində qəm
Dodaqlar adını sayıqladı və
Gördü gözlərim nələr
Xəbərsiz çıxıb getdi ürəyimdən gözlənilmədən
Ona görə yaşamaq daha çətin
Gəlir ölümə nisbətən
Sevməsən də sevərəm geri gəlməsən gözlərəm
Dedin geriyә dönmәrәm ovuclarına
Mənim əllərimdə sənə gül
Sənin əllərində bir ömür
Göz yaşlarım da süzülür yollarına