BadClause Music - Sevgilər mahnı sözləri (lyrics)

[BadClause Music - Sevgilər mahnı sözləri lyrics]

…deyəsən özümdə deyiləm sonuncu səhifədəyəm
Amma heç bir ümiddə deyiləm
Əvvəl ömür-günün idim, indi könlündə deyiləm
Sənlə ağlaram amma inan güləsi gündə deyiləm

Geridə qalan xatirələrin intizarıyam
Bəlkə də o vaxtı məni sevən
Ürəyin tək günahıyam
Özümdə qərq olub itdiyim yuxunun oyaq halıyam
Mənimi məndən alıb gedən kəsin son vidasıyam
(bəlkə)
İllər öncəsində qalmışam bu yorğun halımla
Sevgini anlamayıb istifadə etdik adından
Keçmişin unudan kəsin ilk
Mən çıxıram yadından
Geriyə elə bir eşq qalıb ki
Tam ayrılıq dadında

Heç nə gəlmir əldən nə də
Zaman rəhm edə bilmir
O qədər aldadılıb, zalım eşqi şərh edə bilmir


İnsafına düşən ləkə heyif ki
Göz yaşıyla silinmir
Çün, mənə etdiklərinə görə o
Özünü əfv edə bilmir

Intizarı bilinir hərdən
Mən onda uşaqlığımı, o saflığını itirib məndə
Biz bir-birimizə əksik, ağ-qara kimiyik sənlə
Və həmişə birini ağladır həyat
O birini güldürəndə

Arada soyuqluğun, uzaqlığın
Ruhun hər naxışı itib
İnsanlığı var idi, o da sevgiyə qarışıb itib
Taleyimlə barışıq idim
Ölsə də mənə qarşı kini
Əsla bağışlamayacam onu bunu o
Məndən yaxşı bilir

Bütün varlığımla burdayam
Vərəqsiz qələmsizəm
Məhəbbətimi haqq sanardım həmişə
Bu gün tərəfsizəm
Səbrsizəm bir azca, şeirlərdəki adam deyiləm
Gedirəm bir dəfəlik daha geri qayıdan deyiləm

Məni boğur bu şəhər, bu insanlar
Məni yorur bu şeir, bu misralar
Gedirəm bir sabah qayıtmamaq ümidiylə
Gedirəm, əlvida (əlvida, əlvida)
Məni boğur bu şəhər, bu insanlar
Məni yorur bu şeir, bu misralar
Gedirəm bir sabah qayıtmamaq ümidiylə
Gedirəm, əlvida, əlvida, sevgiylə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio