BadClause Music - Sən Heç Ona Bənzəməsən Də mahnı sözləri (lyrics)
[BadClause Music - Sən Heç Ona Bənzəməsən Də mahnı sözləri lyrics]
Biri yaş idi, biri toz, biri ilk idi
Biri son
İtirmişdi izi yol, axı tapa bilmədim onu yox!
Amma sevdim səni mən
Sən heç ona bənzəməsən də
Mənə görə bəzənməsən də gəl
Gözümün üstü sənin
Kimə görə bəzənmisənsə, o kəs də üzdü səni
Sənsizliyi üzümə vurdu güzgülərim
Və yordu hüznün məni
Sən heç cür ona bənzəməsən də
Mən "getmə" deyirdim, sən də gözləməliydin
"Sevmə" deyirdin, düzdür, sevməməliydim
Amma mən həmişə sanırdım ki
Əbədi könlündəyəm i̇llər sonra önündəyəm
Həminki adama bənzəməsəm də
Yaşadım hər günü sənlə, yaşadıb xatirələrdə
Gedəndə demişdin ki
Ətri gözəl hər gülü dərmə
İnan ki, sənlə ağlamaz nə vaxtsa
Sənlə gülənlər
Olma hər kəs kimi, özgələrinə bənzəmə sən də
Ömrümdən ömrümü alıb getsən də dönməsən mənə
Özgəsində könlüm qalıb
Sən heç ona bənzəməsən də
Yaşanmışdı gör nələr-nələr
Gözlərində "əlvida" nədən?
Sevdim səni gizlədikcə mən
Sən heç ona bənzəməsən də
Bir ev var idi, o evdə biri var idi, biri yox
Bir yer var idi, o yerdə ayırmışdı bizi yol
Gözəl yar idi, sevərdi istədiyim kimi o
Sən də sevirsən məni, ona bənzəməsən də
Bu könül istəsə belə səndən ayrı qala bilməz
Su tökər hisslərim ardınca
De gəl dinə bilməz
Qədrimi bilə bilməz, sən kimi sevə bilməz
Sən kimi sevə bilsəm kaş
Sən heç ona bənzəməsən də
Yaraşmırdı barmağına üzük, əyninə gəlinlik
Yarışmırdı saniyələr, nə sənlikdir, nə mənlik
Bitdi bir dəfəlik, ayrılmaq istəməsək də
Sən mənə çox yaraşırsan ona heç bənzəməsən də
Əlimdə dəstə güllər gəlmişəm ki, könlün alım
Gör nə qədər zaman keçib
Daha eləmişik ömrü yarı
Bircə söz de, qalım, bu ürək közdə yanır
Sevərəm səni sənin qədər
Sən heç ona bənzəməsən də
Ömrümdən ömrümü alıb getsən də dönməsən mənə
Özgəsində könlüm qalıb
Sən heç ona bənzəməsən də
Yaşanmışdı gör nələr-nələr
Gözlərində "əlvida" nədən?
Sevdim səni gizlədikcə mən
Sən heç ona bənzəməsən də