BadClause Music - Səndən Sonrası mahnı sözləri (lyrics)
[BadClause Music - Səndən Sonrası mahnı sözləri lyrics]
Artıq görünmür səmada
Gecələri gecə edən sevgimiz
Artıq bilmirəm harada
Bu ahuzarla min bəlanı çəkdim eşq məqamında
Silinmir artıq adın baş daşımdan
Ruh məzarımdan
Boğur bu məhəbbət məni, yorur bu küdurət məni
Bu qüssə-qəmi gizlətməyə yox
Bir cəsarət həmin ayrılıqlar soyuqdur
Çoxu sevgisə hərarətlədir
Nə xəyanət gəmimdə yola çıxdı
Nə qəbahət mənim bu yolda yalın ayaqla
Uzaqlaşdım doğma şəhərdən
Bu yolda intizarda qalan sevgi ruhuma məlhəm
Bu nə cür dərddir rəbbim?
Ayrı saldı ruhu bədəndən
Fikirlərim ucuzdur, amma ki
Məhəbbətim mücəvhər
İntihar edən çiçəklərin ətri
Yadigarı təbiətin ruhumu incidən hər bir
Cümlənin ahı vəziyyətim
Əlimdə solan sevgilərin qəbri şeiri məğz edir
Nədən bu ölüm qorxusu
Və ömür nədən bəhs edir?
Gözümdən pərdə asır gördüyüm hər həqiqətim
İçində ağ libasın, qara ruhuma təbib gətir
Zühur elə incə toxunuşla bilim ki
Var bir qüdrətin
Elə bir ruha çevril ki, bitməsin eşqə müddəti
Şəfəqlərdə görüm üzünü
Ovcuma hopsun hislərim
Qəfil ürəkdə hökm sürüb
Qələmimi alsın ilk sətir yazmayım mən
Düşməsin heç bəyaz vərəqə qəm izləri
Eşq dərdindən ölsəm də
Bunu bilməsin əzizlərim
Məni elə yerə basdırın ki
Ruhum günəşi görməsin
Mənə elə bir külək verin ki
Həyat çırağı sönməsin mənə elə bir sevgi ver
Ki sərhəd nədi bilməsin
Mənə elə bir ümid ver ki
Mən ölsəm də o ölməsin
Əsirgəməsin kölgəsin qurumuş sevgi budaqları
Bu torpaq alsın öhdəsin
Göz yaşı toxunan dodaqların
Güləndə batan yanaqların qəmzəsinə gül əkdim
Hər fəsil vurğunun olsun, ömrün
Görməsin heç boranı, qarı