BadClause Music - Sonuncu Səhifə mahnı sözləri (lyrics)
[BadClause Music - Sonuncu Səhifə mahnı sözləri lyrics]
Sonuncu səhifədəyəm
Amma heç bir ümiddə deyiləm
Əvvəl ömür-günün idim, indi könlündə deyiləm
Sənlə ağlaram, amma inan güləsi gündə deyiləm
Qayıdacam hər şeyin əvvəlinə - 2014-ə
O vaxtkı ruh və görkəm öz yerində, yox kölgəm
Əriyib sönmüşəm… qucaqla məni möhkəm
Rədd olub gedək burdan
Yoxsa bizi anlamaz bu ölkə
Bu gün qəlbimə yatan hər kəs
Sabah gözümdən düşür nə qədər uzaq olsaq da
Məni həmişə özünlə düşün
Həmişə yanındayam, qulaqcığında
Dar anındayam
Geridə bir il qalıb, dörd ildir ki
Yollarındayam
Neçə belə 25-lərə, neçə belə 9 dekabr lara
Neçə belə 19 lara, neçə belə əlvidalara
Qəlbi dağlaram, bir axmağam, şeirlər ərmağan
Məhv olmuşam artıq, güc yoxdur namə yazmağa
Mahnılar kömək deyil, nə şeir dəftəri
Canımı alan misralar, məlhəmi qırıq qəlblərin
Bir vərəq üstündə min bir
Ürəyə çarə tapan mən
Bu gün tənha qalmışam və hislərim qəfəsdədir
Zibil dolmuşam yenə
Yazıb qəlbi boşaldıram, ruhu boğmuşam qəmə
Mən nifrətə yaraşan hər hissi borcluyam sənə
Bəlkə də, bir gün unuda bilərəm səni
Yoxlayam gərək
Ölümə atdığım ilk addım sənə aşiq olmaq idi
İkinci addımda özgələrini sən saymağı bildim
Ən böyük arzum nə vaxtsa şair olmaq idi
Şair oldum, qaldı şeirə layiq olmaq indi
Demə ki, "səni sevə bilmirəm"
Necə yəni "narahat olma mənə görə"
Mən itirdiyim hisləri geri
Qaytarmışdım sənə görə
Aramızı vuran hər bir kəs
Aramızdaymış sən demə
Özgəsi gözlərini silməsin, ağlasan mənə görə
Birtəhərdi məni görən
Dərd olurdu hər ağlamağım
Səsinə möhtac olmuşam, susmağınsa güldən ağır
Bir əldə çaxır, o biri əldə qələm
Vərəq darmadağın bircə qalan qəlbim idi
Onu da məndən aldın axır
Sonuna çatır başladığımız hər yol
İndi qırılıb qol qanadım
Sənsə məlhəmimə dərd ol
Qopar məni bu boz şəhərdən, apar ruhu qürbətə
Üzümü güldür ayaq açıb qaçsın
Bu kədər qəflətən
Mən zəhərə şərbətəm
Sən isti ürəyə soyuq yağış
Mən günəşdə zülmətəm
Sən aylı gecədə yuxuma qarış
Əlinə kimsə toxunmamış, qayıt gəl ki
Bir qocalaq
Bu atəş səmaya qalxmamış, səpdin kül ocağa
Qəlbim həminki bədbindi
Baxmadı xoş gün dadına
Göz yaşıyla doğulan ümidi
Dəfn edirəm külqabına
Bəlkə, səni bağışlamaqçün ikinci
Bir üz tapılar özünü görməyə həsrətəm deyə
Şəklinə gül uzadıram
Dedi ki, tale ayırsa bizi
Qara bəxtimi süz yazına
Sənə qismət olan məhəbbət, dərddir yüz qadına
Şeirlərimi düz saçına, bir gün ölsə bədahətim
Onsuz bu sərxoş halım
Cana min bir bəla gətirib
Hər gün ayrı içki masası
Hər gün ayrı təbəssüm
Hər gün ayrı sifət görürəm
Hər gün ağrı və hər gün
Ayrı bir hala düşürəm
Ayıla bilmirəm heç səhəri gün
Bütün olanlar isə cəmi bir-iki rumka zəhərçün
Özümə hakim ola bilmirəm
Özü də sanki rola girmişəm
Nifrət edirəm özümə
Necə belə məhv ola bilmişəm?
Yazmaq istəyirəm, fikir bir yerə cəmlənmir
Ağ vərəqdə yoxa çıxıram və gedən nəfəs gəlmir
Nə qazanmaq, nə itirməyə dəyməz heç kimi
Kibirlə məhəbbət eyni qəlbdədirsə
Keçməz heç kinin
Heç vaxt gələcəyim olaraq gördüyüm biri
Bu gün gözümün önünə gəlir keçmişim kimi
Adına sətir düzdüyüm bəndimə
Kin bəsləyir indidən
İlk görüşdə aşiq olub nifrət edir ikincidə
Ömür relsləri üstündə son qatar mən, ilki sən
Sən də çıxıb getsən əgər bu
Göz yaşımı kim silər?
Çox tez böyüdüm, ağrılar keçəcək sandım
Səni silməyə çalışır
Gəlib həyatıma girən hər qadın
Dünən ümid paylayan
Sabah eşq dinlənər yardım
Edənin olmaz onda ömürdən gün dilənər saatın
Bu gün yaxşı ki, varam
Amma sabah olmasam nə olacaq?
Yolumu gözləsən də, gözlərində nəm çoxalacaq
O dolacaq onda gedəsi yerin olmaz
Ölsən də ömür heç olar i̇nan ki
Üzr istəməkçün belə həqiqətən gec olar
Xoş gəlsə də hər dəfəsində üzünü görmək
Səndən uzaq durub
Gündə birinin açardım örpəyin
Qırardım bütün qəlbləri, sən olardım mən
Onda bilərdin ki
Nə deməkdir sevilmədən ölmək
Hələ də bilmirəm ki, doğrun hansı
Yalanın hansı hər sözünü həqiqət sayıb
Yanaşmadım müəamma ilə yox əgər yanılıramsa
Yaxşı onda durub izah elə
Hansı cəhənnəmdədir bəs xəyalını
Qurduğumuz ailə?
Dolur risalə, qəmlə sonu
Səhvən itirdim ömrümün yeddi ayını sənlə olub
Böyük sevgimiz var idi
Məhv elədin qəsdən onu
Halbuki unuda bilərdin, aramızda hər nə olub
Yenidən gəlmişəm bax həmin
Ünvana qızılgül dərib
Adını soyuqluq qoyub axtarmadın düz
On gün məni
Hətta xəyanət etdiyimi düşünüb üzümə gülmədin
Axı incidə bilməzdim onun-bunun
Qızı üçün səni
Yox uzun müddətim, qarışacam izsiz qeybə
Məni tanıya bilmədin, kibir-kinsizəm
Siz deyiləm
Sənsizliyi yaşasam belə, mənliksiz deyiləm
Düzü hər kəsdən məhrumam
Amma heç kimsiz deyiləm
Uzaqda bəzi dost dediklərin
Fağırın süfrəsinə
Ac qarına gedir tox dediklərin
Eyib bir az səndədir ki
Sənə nankor dediklərin
Kar-kor eşitmədin, nə görmədin
Nə pox yediklərin
Yenə həminki gün olsaydı, güzəran olsaydı
Ağarza kimi qardaş
Şeir gözlü gözəl yar olsaydı
Səbəbsiz getdilər, kimləri ki
Mən ailəm saydım
Artıq intihar eləmişdin, yerimdə sən olsaydın
Əvvəl sevgidən yazırdım, indi şeirim əsəbdən
Əvvəl məni pis edən şeylərə
Indi sevinirəm hərdən
Dəyişirəm əldən-əldə dolandıqca
Sevgi-məhəbbət ürək elə hey deyir ki
Hər axşam-səhər içib zəhərlən
Özündən uzaqlaş bir az, kim qalacaq sənlə?
Düşün, sənlə olan gün gələcək
Köz basacaq qəlbə
Sonda unudulacaqsan və bircə
Hiss qalacaq səndə
Ki, sevməyə dəyməz heç kimi
Eşqin sanaraq həm də
Heç kim səndən biri deyil, hər kəs özgədir
Və illər ötüb keçdi
Kül oldum altında közlərin
Gözlərim yolunda qaldı, yox dəvası özləmin
Ən çox özüm üçün darıxıram, inan
Boşdur özgəsi
Bəlkə, bir-iki söz bəsimdi
Görənə qədər kölgəsin
Məni tərk edən kəslərin
Dönməyə yoxmuş öhdəsi
Vicdansız valideyn kimi özgə
Qapıya atar körpəsin
Bu qədər kor ola bilməz insan ki
Övladını görməsin
Mən nə qəddarlıqlar gördüm
Nə yalanlar gördüm dost ölən vaxtı
Vecsiz olub sağ olanlar gördüm
Bir qıza görə artistlik edən
Nə oğlanlar gördüm
Kiçik dərəyə rast gələndə dağ olanlar gördüm
Heyif, bir az insafsızam
Bir az mərhəmətsizəm baş daşa dəymir
Gəlmədən qəm dizə və fərsizəm
Aydındır mən qədər sizə tənhalıqlar
Çünki bəzən
Eşqi yaşamaq üçün bəs eləmirdi bir nəfər bizə
Bu qədər yorulmazdı qələm
Hər kəsə xətt çəkə bilsə
Birgə güldüyüm dostlarımla bir
Dərd çəkə bilsəm özümdən uzaqlaşmaram
Düzələrəm onda yol tapıb
Nə yaxşılığım vardısa haram
Elədi köhnə dostlarım
Ən başından səhv məndə idi, günah məndə
Ağladığımı görməyənə gözüm gələr, quraq əlbət
Ruhuma ağrı verir, çoxdandır bu sual məndə
Haqqımı niyə tapdaladı və niyə
Incidi Sura məndən?
Mən o qızı sənətçi eləyib
Əl işlərinə kömək edəcəkdim
İçimdə kin yox idi, vallah
Təkcə kömək edəcəkdim necə düşünə bilmişdi
Bunları nəyəsə görə edəcəyimi
Axı heç kimi yox idi
Ona etməyib kimə edəcəkdim?
Arada sevgi qırağa
Halal zəhmətimi yerə vurdu
Bilmədim 5 ay sonra məni
Egosuna kölə edəcəyini
Məhşur olmaq istəyirdin, istədiyin yerdəsən
Və bunun təşəkkürünü heç kimə
Yox mənə edəcəkdin
Evinə pul qazanmaq üçün
Fağır qalmışdı aralarda
Studiyaya gətirdim səni yığıb toyxanalardan
Ki, qazan əlin ayağın təmiz
Axı nə işin var oralarda?
Nəysə, arada keç buralardan
Sənsiz keçir iyirmibeşlərim
Unutdun hər şeyin olan adamı
Saydın indi heç nəyin
Ruhunu kinlə bəsləyib məhv edə
Bildin hər şeyi
Arada hörmət qaldı gözlədin onun da itməyin
O vaxtkı kimi durğunuq hələ də
Tənha çaylar kimiyik
Qış günündə çıxan günəş, yayda yanvar kimiyik
Bir vaxt aldığımız hər nəfəsdə bir yerdəyik
İndi tamam yad insanlar kimiyik
Xeyli günahkar idin deyə
Mən sayırdım hər nazın eyib
Ürək keçir həmin küçədən
Ayaqlarım razı deyil
Sevgi sanırdım intahası deyil
Eşqə ən azı heyif yüzdən biri qalır sənlə
"yanındayam"-ı hamısı deyir
Baxışlarıma qəm çökür hərdən
Ayaq izləri seçildi gözlərimdən nəm çəkiləndə
Səni bircə gün görməyəndə
Nə qədər çox darıxırdım
Beş aydır danışmırıq, gör ki
Indi nələr çəkirəm mən
Bəlkə də, bu həsrətimə əlacdı bir səs
Hələ də yolunu gözləyir həyəcanla
Təlaşlı bir kəs
Nə vaxtsa keçər canımın ağrısı
Amma sağalmır hislər
Bütün doğrularımızı öldürdü ən adi bir səhv
Dama dama gölməçə oldum
Tüstüyə satıb gül iyini
Aylardır közərdiyim ocaqda
Daha təkcə kül idim
Həmişə yanımda olduğunu düşündüyüm
Biri var idi
Onun da son danışığı başqa cür idi
Heyif… süzülür qəm sətirə
Gördüyüm hər insafsızı nədənsə
Sənə bənzədirəm
Çatdın axır məqsədinə, səni qəm
Məni yadlar aldı bu qədər yaxşılıqlar edib
Pis biri kimi yadda qaldım
Bir ümid çırağım sönürdü hər gün
İçkinin təsiriylə başqa birinə
Dönürdüm hər gün
Həminki adam ola bilmərəm artıq
Sizin yaşadığınız şeirlərdə mən
Ölürdüm hər gün
Məni boğur bu şəhər, bu insanlar
Məni yorur bu şeir, bu misralar
Gedirəm bir sabah qayıtmamaq ümidiylə
Gedirəm, əlvida, əlvida, sevgiylə
Məni boğur bu şəhər, bu insanlar
Məni yorur bu şeir, bu misralar
Gedirəm bir sabah qayıtmamaq ümidiylə
Gedirəm, əlvida, əlvida, sevgiylə
Məni boğur bu şəhər, bu insanlar
Məni yorur bu şeir, bu misralar
Gedirəm, bir sabah qayıtmamaq ümidiylə
Məni boğur bu şəhər, bu insanlar
Məni yorur bu şeir, bu misralar
Gedirəm, əlvida, əlvida, sevgiylə