BadClause Music - Su mahnı sözləri (lyrics)
[BadClause Music - Su mahnı sözləri lyrics]
Ayaqlarım sәnә gәlәr
Amma sevmәyә üzüm gәlmәz
Bu qәlәm sәni yazır elә şeirә
Sәtir düzür qәmdәn
Xətrin necə xoş olur özgәsiylә gülümsәrkәn?
İtirdiyim dәyәrlәrin ahı tutub mәni
Birinci "sevirәm" dedin
Ondan sonra "unut mәni"
İslandı göz qapaqlarım görәndә bu cümlәni
Xoş günümüzә ümid - sevgi
Ertәsindәn qürur gәlir
Xeyrinә ağız aça bilmirәm
Gәlir şәr öhdәsindәn
"Getmə" sözünü deməkdən, bezmişəm öz səsimdən
Mәn sənə dustaq olan yazar
Sәnsə qәlәmә dörd divar
Biz hәqiqi yalançılarıq, xəyanət ölkәsindә
Sonuncu әlvidanın üstündәn bir ömür keçib
Unutmusan hәr cümlәni gözündә yaş qalmır indi
Yoxluğun axirәtdir önümdә tәk intihar seçim
Bir vaxt mәnlә nәfәs alan
Mәni yada salmır indi
Köhnә şәkillәrdә üzümә gülәn
Hüsnünә hәsrәt qalan
Baxışlarımla süzürәm indi hәr addımını
Ötәn şeirlәrimin ünvanında könül sәni istәr
Yanan kağızlarımda külә boğaraq
Silmişәm adını
Ürәyin gözәl - dedin
Mәni bir dә sәnsiz görәydin
Xatirәn unudulmur, ağlamaqla keçmir nәsә
Gedişinә sәbәb nә idi? Süfrәmә duz-çörәkdin
İndi hansı yola yolçusan
Hansı әtrin eşqindәsәn?
Gün eyni gündür, amma ki
Kölgəm indi sənsiz qalıb
Doğru cümlələrlə izah elədim səhv insanı
Qürurum ayağın altda
Sökülüb daha səbrin danı
Saxta gülüşlər tanışdır, yad gəlir
Amma mənim imdadım
İncə qanadlarını çırpıb uç, get uzaqlara
Bəlkə yenə də qucaqlaram
Heyif yoxdur qolda taqətim
Biri qalıb ağlında sənin
Amma qoynunda yad ətir sənə qaçan ayaqlarım
Indi dəyişir istiqamətin
Ayrılıq nəyə işarədir?! Nə
Vaxtsa dönəcəyinəmi?!
Başqa birini sevəcəyiməmi
Yoxsa sənsiz öləcəyiməmi?!
Göz yaşlarım ələ cəmlənir
Özümdə batmışam mən keçmişində qalmışam mən
Unutmuşam gələcək nədir
O dahamı çox sevir səni, denən
Axı nəyi xoş məndən?
Sənə görə dua edə bilmirəm
Axı mən sərxoş bəndə
Sevmədiyin əllər səni yazır
Elə çıxıb gedəndən
Nə vaxtsa geri dönsən, sevgimi gətir
Əli boş gəlmə