BadClause Music - Tək Sən mahnı sözləri (lyrics)
[BadClause Music - Tək Sən mahnı sözləri lyrics]
Yığışaq 645-də, ya Kvadrat-a keçək ordan
Fonda isə "Joseph – Manopa"
Tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
İçkili halda, rulda sən, tək tərəfli yolda
Zəng dalıyca zəng, amma baxmırsan telefonuna
Masada Xırdalan, Corona, tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
Tüstü-tüstü və musiqi, küskün, üzgün
Mən ruh kimi
Üç gün, üç gecə yox kimi-kimsəm
Kefim pox kimi səsin fərqli harmoniyada
Sanki mən dirijor kimi
Artıq elədiyim hər şey ixtiyarsız, rol kimi
Qaça-qaça arxanca intizarınla yoruram özümü
Göz rənginin fərqli çalarlarında
Boğuram özümü axtarmıram çıxış yolu
Bura mənim öz qapalı qutumdur
Özüm seçmişəm bu sıfırları, fərqi nə
Başlanğıc, ya da ki, sonumdur?
Vur, içək içib-içib qızarana qədər
Bacardığın qədər qısa vaxtda gəl
Tez dağılışmaq söhbəti də yoxdur
Danışmışdıq axı biz o barədə
Fərqli içkilər, fərqli badələr
Zövq aldığın görüm hər ifadədə
Səni görəndə necə gəlirəm özümə
Çıxarsa da özümdən bəzi maddələr
Dolu dolu yazıram içi boş həyatımdan
Gir qoluma, yum gözün, addımla
Dururam, torpaq gedir altımdan
Uçuram ulduzların ardıyca
Axına əks, ağır nəfəs, acı və qəlizsən
Hamıya tərs bəs nədir belə səni mənə lazım
Edən? Çəkməmişəm çəkdiyim nazın qədər
İçkili halda, rulda mən, tək tərəfli yolda
Yığışaq 645-də, ya Kvadrat-a keçək ordan
Fonda isə "Joseph – Manopa"
Tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
İçkili halda, rulda sən, tək tərəfli yolda
Zəng dalıyca zəng, amma baxmırsan telefonuna
Masada Xırdalan, Corona, tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
Eşidirsən səsimi, hisslərim bəsdirmi?
Yenə kiməsə bəhs edir ürək sevgini sən bilib
Köksümdə tələsik nəfəslər tükədir səbrimi
Dodağıma dəyən heç bir içki
Zövq vermir sən kimi
Yalan, yalan dolub dilinə
Yarı qaranlığın içində
Yana yana donub kimsə daxilimdə, qəlbi dinməz
Qaçıb yorulmuş kimisən, durma, gəl izimlə
Bu cümlələr məni sənə bilmirəm
Anladır hansı dildə
Başa düşə bilmirəm heç bəzən səni
Sanki incidirsən qəsdən məni
Yandırdım söz dolu dəftərləri
Qurbanın elədim, yazığın gəlmədi
İçkinin buzun əridir sənin
Əllərin, üzünə baxıram, unudulur əzbərlərim
Sənə qarşı ən kiçik istəyimə, inan
Bu günə qədər olan yüz həvəs dəymədi
Nə var bu sevginin arxasında? Bəlkə də
Belə hisslər heç ağıla sığmaz
İşdir, yollarımız haçansa ayrılsa
Olanları unutma əsla
Axına əks, ağır nəfəs, acı və qəlizəm
Hamıya tərs bəs nədir belə məni sənə lazım
Edən? Lazımınam çəkdiyim nazın qədər, ey!
İçkili halda, rulda mən, tək tərəfli yolda
Yığışaq 645-də, ya Kvadrat-a keçək ordan
Fonda isə "Joseph – Manopa"
Tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
İçkili halda, rulda sən, tək tərəfli yolda
Zəng dalıyca zəng, amma baxmırsan telefonuna
Masada Xırdalan, Corona, tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma