BadClause Music - Torpaq mahnı sözləri (lyrics)
[BadClause Music - Torpaq mahnı sözləri lyrics]
Hər şeyi boş verməklə həyatın sadələşmir
Nədənsə olmadı pis ruh haldan narazı heç kim
Zamanın durduğundan şübhələnən saat
Hələ işləyir
Günəşimə bulud düzmə zülmət olan
Bir zaman gəl sonsuza bir yol gedir həmin
Yolda iz salan mən
Qüruru şərt edəndə sən puç oldu vicdan əldə
Bu şəhərdə səni tərk edəcək
Sonuncu insanam mən
Keçən heç bir gözəl gecəm vermir bir sabahını
Xeyrini şərinə qatan dosta qarşı üsyan artır
Hissləri dinləyən qələm
Şərh edir misralarımı
Axı yalnızlığa hakim ola bilmir insan ağlı
Həyatı zibil edən tərk edişlərmi
Müəmmalarmı? Dərdimə mənlə yananlar 10 il
Sonra mənlə qalarmı?
Nağılların su pərisi uydurmadır
Dənizi yalandır
Cənnəti tapasan deyə tanrı göyə
Ayaq izi salarmı?
Ağlayan mələklərin hüzurunda eşqdən yazıram
Qanlı əllərimlə duaları behiştdən yazıram
Yırtdı sinə qəfəsimi
Aldı sevgi qəlbi solumdan
Buranın dilənçiləri bədəni satıb
Zəngin olurlar
Dövran elə o dövrandır -
Dost unudur dərd ortağını
Nə vaxtsa şirin yuxuya getsəm
Eşir qəm torpağımı
Qaçanda eşqə doğru yolda xeyli məyus tanıdım
Çoxumuz hələ də sevgililəri "Leyli
Və Məcnun" sanırıq
Dünya məni tərk elədi, apardı hər əşyasın
Günah-savabı yazan mələklərsə tanrı
Nə işə baxırdı? Gördüyüm hər şeyə susdum ki
Sükut dəyişər axırımı
Sonra göz qapaqlarımın arasından nşə tapıldı
Qәlәmim boşboğazdır
Onu әcәl dә susdura bilmәz
Sәn әxlaqsızlığın materiyası
Kor hislәrin dilemması
Mәn torpağa qandallı bәdәn
Drezden qalereyası
İçimdәkı qarğa meyidlәri üsyanıma qәzәb yazır