BadClause Music - Travmal mahnı sözləri (lyrics)

[BadClause Music - Travmal mahnı sözləri lyrics]

Təki sən bircə cümlə qur mənimçün
Ağız açıb bir söz demərəm
Bu həyat öyrədir ki, qərar vermə düşünmədən
Ya Rəbb, sən şahid, elə dəyərli adam var ki
Ölüm ayağına düşsəm belə
Canını versə götürmərəm

Sətirlərin varlığında gizlənən səncə nədir?
Şirin yuxuma qonaq olarsan oyaq
Qaldığın gecəni sənsizlik döyüş kimidir
 yoxdur qələbə heç heçədir
Eşitdiyin bu sözləri də sənə yazdım
Gör necədir?
Çətini sevincədir, sonra dolar eşqə badələr
İkinci şah əsərim "Lalələr"də var bəhanələr
Məhəbbət atlı gedir
Biz qırağda tək piyadələr
Hər ayın eyni gününü
Biz kimilər birgə yad edər

Fikri gedər, bir-birimizə xəstəyiysə


Mən sənə "sevirəm" deyəcəm
Payız küləyə "əs" deyirsə
Cənnəti istəmərəm ruhum əgər pak deyilsə
Bizim sevgi itən deyil - Mən şair
Sən şeirsən!

İndi təsəvvür elə, mənim soyadımdasan
Mürəkkəbin islatdığı kağızlarım yanmır asan
Sən elə bir xəstəliksən
Sağalsam da qanımdasan
Səndən yazmaq gözəldir
Elə bilirəm yanımdasan

Sən və mən ayrı təqvim - əks olunur hicri
Qəmərdən elə bil yoğrulubdur bu
Sevginin xəmri zəhərdən
Qoymaram çay soyusun çalış ki
Sən gəl bizə hərdən
Bakı özü bizi tanımır yad
Insanıq eyni şəhərdə

Sən və mən ayrı təqvim - əks olunur hicri
Qəmərdən elə bil yoğrulubdur bu
Sevginin xəmri zəhərdən
Qoymaram çay soyusun çalış ki
Sən gəl bizə hərdən
Bakı özü bizi tanımır yad
Insanıq eyni şəhərdə

Payız mənə düşmən, vərəqimə yağır yağış
Bizim fəslimiz də eyni gəlir, eyni bu qış
Ya da mənə vurulmağınçün yenidən olaq tanış
Tütün kimi ətrin olsun gecə yorğanıma qarış

Sənə mən sevgi bəxş edib
Yerinə də dərd alardım
Yadındadırmı? O vaxt səni evinə
Qədər yola salardım
Ən böyük savabların şər damında biz qalardıq
Biz ikimiz ayrı bədən, amma ruhu bir sanardıq

Yoxluğun atəşində kül etmişdi məni hicran
Kölgədə bir gül kimidir və
Getdikcə solur insan xəttini tutmaq olmur
Eşq elə bir kitabədir ki
Onu yazırsan istəmədən, amma qəsdən oxuyursan

Yorulursan i̇rəlidə çox şey var əslində
Xəbər elə küləklərə də yollarımıza əssinlər
Nədənsə baxışlarım qəribə çıxır rəsmimdə
Mahnılarımı yazdığım qız evlənərmi mənlə?

Gəlməyənlər əlindən
Gəlməz əmələ nəzəriyyəylə
Səni məndən soruşsalar bir sözlə
Mən "əcəl" deyirəm
Bu dəfə qışqır üstümə, denən ki
"gedən deyiləm"
Sakitləş, söndür musiqimi və yat
- gecən xeyrə

Sən və mən ayrı təqvim - əks olunur hicri
Qəmərdən elə bil yoğrulubdur bu
Sevginin xəmri zəhərdən
Qoymaram çay soyusun çalış ki
Sən gəl bizə hərdən
Bakı özü bizi tanımır yad
Insanıq eyni şəhərdə

Sən və mən ayrı təqvim - əks olunur hicri
Qəmərdən elə bil yoğrulubdur bu
Sevginin xəmri zəhərdən
Qoymaram çay soyusun çalış ki
Sən gəl bizə hərdən
Bakı özü bizi tanımır yad
Insanıq eyni şəhərdə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio